Menu

"Suriyanın cənubundakı münaqişə tərəfləri əsirləri dəyişdirməyə hazırlaşır" - ABŞ nümayəndəsi

20.07.2025, 22:59
"Suriyanın cənubundakı münaqişə tərəfləri əsirləri dəyişdirməyə hazırlaşır" - ABŞ nümayəndəsi

Suriyanın Əs-Suveyda əyalətində silahlı münaqişə tərəfləri nəhayət ki, hərbi əməliyyatları dayandırıb və əsirləri dəyişdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu açıqlama ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak çıxış edib.

"Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) münaqişənin bütün tərəfləri hərbi əməliyyatların tam dayandırılmasına razılaşıblar. Davamlı deeskalasiya istiqamətində növbəti kritik addım əsirlərin və girovların mübadiləsi olmalıdır", - nümayəndə qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol