Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi yenə Istanbulda 23-24 iyul tarixlərində baş tuta bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə “Independent Türkce” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, İstanbul Moskva və Kiyev arasında danışıqların növbəti raundu üçün məkan olaraq qalacaq. Şənbə günü, iyulun 19-da məlum olub ki, Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib. Bu təkliflə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov çıxış edib. Kreml də belə bir müraciətin olduğunu təsdiqləyib.
İyul ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu danışıqların dəqiq tarixləri müəyyən edildikdən sonra yenidən onlara ev sahibliyi etməyə hazır olduğunu açıqlamışdı.
“AzPolitika.info”


Şərhlər