Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etdiyi üçün təşəkkür edib.

Prezident bununla bağlı X hesabında paylaşım edib.

“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal miqyasda, həm də bölgəmizdə sülh gündəminə sadiqliyi ilə bağlı səsləndirdiyim fikirləri sosial media platformasında paylaşdığı üçün Prezident Donald Trampa dərin təşəkkürümü bildirirəm.

Bir daha Prezident Trampın dünyada, o cümlədən bölgəmizdə sülh və sabitliyin təşviqinə yönəlmiş baxışını və səylərini dəstəklədiyimizi xüsusi vurğulamaq istəyirəm. Biz ailə dəyərlərinə hörmət kimi ortaq dəyərləri paylaşırıq və inanırıq ki, onun Prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yeni bir mərhələyə yüksələcək.

Bu məqsədə doğru atdığı bütün addımlarda ona davamlı uğurlar arzulayırıq”, - paylaşımda deyilir.