ABŞ-nin sabiq xüsusi nümayəndəsi Kit Kelloqun qızı Meqan Mobbs bildirib ki, ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynadakı müharibəyə münasibətdə əhəmiyyətli rol oynayır.
Mobbsun sözlərinə görə, Melaniya Tramp əri Donald Trampa Rusiya Prezidenti Vladimir Putinin hücumlarından günahsız ukraynalıların qorunmasının vacibliyini aşılayıb.
O, qeyd edib ki, Tramp həyat yoldaşının məsləhətlərinə dərin hörmətlə yanaşır: “Onlar arasında çox açıq və səmimi münasibət var. Melaniya Trampın ən yaxın məsləhətçilərindən biridir. İnsanlar bəzən bunu unudur, bəlkə də gözəlliyinə görə, bəlkə də Vaşinqtonda tez-tez görünmədiyi üçün".
Mobbs qeyd edir ki, hazırda Kiyevdə yaşayan bir şəxs kimi o, rus bombardmanlarının gündəlik həyatda yaratdığı təhlükəni yaxından hiss edir. O bildirib ki, Melaniya Trampın təsiri nəticəsində Tramp artıq MAGA (Make America Great Again) hərəkatının Rusiya tərəfdarı olan üzvlərinə qulaq asmır.
Mobbs hesab edir ki, keçmiş Yuqoslaviyada, "Dəmir pərdə" dövründə böyümüş Melaniya Tramp postmüharibə dövründə Ukrayna üçün böyük rol oynaya bilər:“Əgər biz Ukraynanın gələcəyi barədə düşünürüksə, Melaniyanın təsiri çox önəmli ola bilər. O, böyük və müsbət rol oynaya bilər və oynamalıdır".
Mobbs əlavə edib ki, əgər Melaniya Tramp sabiq birinci xanım Cill Bayden kimi, Qərbi Ukraynaya gözlənilməz səfər etsəydi, bu “əla jest” olardı.
"AzPolitika.info"

Şərhlər