Menu

İranda bir gündə 10-a yaxın məhbus edam edildi

30.07.2025, 12:18
İranda bir gündə 10-a yaxın məhbus edam edildi

Dünən İranın müxtəlif zindanlarında 9 məhbus dar ağacından asılıb.

Bununla bağlı İran İnsan Haqları Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, ölüm hökmləri Qum, Ərak, Şiraz, Sari, Zəngan və Bircənd həbsxanalarında həyata keçirilib. Edam olunan məhbuslar qətldə və narkotik qaçaqmalçılığında günahlandırılıblar.

Qeyd olunub ki, iyul ayı ərzində İranda asılan məhbusların sayı 30-a çatıb. Bu statistika hər gün orta hesabla 4-dən çox, hər 5 saatda isə bir nəfərin edam olunduğunu göstərir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol