Xəbər verildiyi kimi, Rusiyanın TASS dövlət agentliyi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik edərək, Xankəndi şəhərini “stepanakert” kimi təqdim edib. Azərbaycan XİN isə buna tutarlı cavab verərək xəbərdarlıq edib ki, bu fakt aradan qaldırılmasa və üzrxahlıq edilməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləck. Yəni, agentliyin ölkəmizdəki akreditasiyası və fəaliyyəti ləğv ediləcək...
Bunu nəzərə almağa məcbur olan TASS agentliyi bu dəfə həmin “stepanakertdə Ayvazovskinin abidəsi söküldü” xəbərinin sərlövhəsini dəyişərək, "stepanakert" sözünü "dağlıq Qarabağ" ifadəsi ilə əvəzləyib. Bununla da növbəti dəfə Azərbaycanın suverenliyinə, ərazi və şəhər adlarına qarşı özünün qərəzli mövqeyini təsdiqləyib. Heç cür Xankəndi adını öz mənfur dilinə gətirə bilməyən, şəhərimizi öz adı ilə çağırmaq istəməyən agentlik bu dəfə də ümumiyyətlə, onun adını çəkmədən Azərbaycanın Qarabağ iqtisadi zonasını “dağlıq Qarabağ” adlandırır.

Bu, bir daha göstərir ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hələ də heç cür həzm edə bilmir və bu cür həyasız, iyrənc “tryuklarla” Qarabağı, Xankəndini öz adı ilə çağırmaqdan yayınır.
Agentlik Azərbaycan XİN-in xəbərdarlığına baxmayaraq, nə bu təxribatçı xəbərinə düz-əməlli düzəliş etdi, nə də üzr istədi. Bəs, belə bir media qurumunun Azərbaycanda nə işi var? Onu da “Sputnik”-in ardınca göndərməyin vaxtı deyilmi?
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Eli dəhşət düz danışır: müxtəlif dəyərləndirmələrə görə, Rusiya Dağıstanı, Çeçenistan daxil olmaqla, istila edəndə bu bölgədə yüz mindən- 800 minə qədər insan yaşayırdı, hazırda isə tək Çeçenistanda 1,6 milyona yaxın, bütün bölgədə - 7 milyona yaxın insan yaşayır (ruslar hamını qırdılar, ancaq əhalinin sayı 8-9 dəfə artdı).
Avropalılar (ingilis, ispan, portuqal, fransız və s.) hazırda Amerika adlanan ərazilərə sevinc, din və humanizm gətirəndə burada, yenə də müxtəlif dəyərləndirmələrə əsasən, 10 -50 arası, hətta 100 milyondan artıq yerli əhali (hindular) yaşayırdı, hazırda isə ABŞ-da 5 milyon, Mezoamerika və Cənubi Amerikada 60-70 milyon (nisbəti Eli bəy-müəllim hesablasın).
16 əsrin əvvəlində Hindistan və Çində hərəsində 100 milyon yaşayırdı. Hazırda – məlumdur. yaxşı ki, ruslar oralara çatmayıb.
O qədər də aidiyyəti olmasa, məlumat üçün:ruslar 1806-cı ildə Bakını tutanda yerli əhali təqribən 2 min 200 nəfərdən ibarət idi.
Bu şərh rusa məhəbbətdən deyil, həqiqətə hörmətdən gəlir. Baxmayaraq ki, onu da aydın görürük ki, bəzi “düşünərlər”ə görə Azərbaycanda toyuq yumurtamayanda belə, ruslar günahkardı...
200-300 illik tarix sübut edib ki,Rus dövletleri quruluşundan asılı olmayaraq hemile şovinist anomal,özünden zeiflere ezeje nümayiş etdiren qaniçen cellad,faşşst rejinli dövletler olub.Bu sebebden bu gün bütün dnya Rusiyanın eleyhinedir.
Belə çaqqallar neçəki ŏlkəmizdə oz mənfur iṣlərilə rahat məṣğul olurlar bizim lnkiṣafımıza guclů mane olacaqlaq.onları buradan qovmaq lazımdır!