Menu

BAEA nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək

04.08.2025, 09:41
BAEA nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Belə ki, danışıqlarda əsas diqqət məsələnin siyasi tərəfi olacağından nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.

Tərəflərin agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol