Bir neçə gün əvvəl TASS agentliyi direktorunun birinci müavini postundan azad edilən Mixail Qusman Bakıya gəlib.
“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə Qusmanın yazıçı Elçin Əfəndiyevin dəfn mərasimində iştirakına dair görüntülər yayımlanıb. Qısa videoda onun sabiq XİN başçısı Elmar Məmmədyarov və sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevlə yan-yana oturduğu görünür.
Xatırladaq ki, 1950-ci ildə Bakıda doğulan Qusman rəsmən təqaüdə göndərilsə də, əslində Kreml tərəfindən Şuşa Media Forumunda iştirakına və Azərbaycan Prezidentinin ünvanına söylədiyi xoş sözlərə görə istefaya göndərilib.
VİDEO linkdə: https://www.facebook.com/azer.hesenov.801143/video...
“AzPolitika.info”

Şərhlər
Mixail Qusmana burda iş təklif oluna bilər, Azərtac, Rus Dram Teatrı, AzTv və s...bu sahələrdə böyük təcrübəsi var. Atası Salomon Qusman yaxşı həkim (Vəli Axundovun həkimi), anası Lora Barsuk pedaqoq, yəni ziyalı bir ailənin övladı, necə deyərlər əsil bakılı...
Deyəsən, Mixaildən qəhrəman düzəltmək istəyirlər. Deyir, dostunu mənə göstər kim olduğunu deyim. Min dəfə əfsus ki, bizdə arxivlər açılmadı.