Menu

Rusiya 10 yeni diviziya formalaşdırır - Aleksandr Sirskiy

06.08.2025, 00:57
Rusiya 10 yeni diviziya formalaşdırır - Aleksandr Sirskiy

“Rusiya hökuməti bu ilin sonuna kimi 10 yeni diviziya formalaşdırmağı hədəfləyir, ona görə də Ukraynada səfərbərlik davam etdirilməlidir.”

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskiy deyib.

Onun sözlərinə görə, iyulda rusların itkiləri 33,2 min nəfərdən çox olub. Bu isə əvvəlki ayla müqayisədə 800 nəfər çoxdur.

"Buna baxmayaraq, Rusiya hər ay ordusunu 9 min nəfər artırır. Rusiya rəhbərliyi ilin sonuna kimi 10 yeni diviziya yaratmağı hədəfləyir ki, bunlardan da ikisi artıq yaradılıb. Ona görə də səfərbərlik tədbirlərini davam etdirmək, döyüş hazırlığını təkmilləşdirmək və qoşunlarımızın pilotsuz tərkib hissəsini gücləndirməkdən başqa çarəmiz yoxdur", - Sirskiy vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol