Menu

ABŞ-də ermənipərəst senator Şiffə qarşı cinayət işi başlanıb

06.08.2025, 08:56
ABŞ-də ermənipərəst senator Şiffə qarşı cinayət işi başlanıb

Erməniyönlü senator Adam Şiff (ABŞ-nin Kaliforniya ştatından olan demokrat) ipoteka fırıldaqlarında şübhəli bilinir. Merilend ştatının Prokurorluğu qanunvericiyə qarşı cinayət işi açıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Federal Mənzil Maliyyəsi Agentliyi hesab edir ki, Şiff kredit üçün daha sərfəli şərtlər üçün dəfələrlə saxta bank sənədləri və əmlak məlumatları təqdim edib. O, vəziyyətdən asılı olaraq, əsas yaşayış yerini Merilend və ya Kaliforniyada bir ev kimi göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol