Menu

Paşinyanın sözçüsü Vaşinqton görüşünü təsdiqlədi – Avqustun 7-8-də üçtərəfli görüş olacaq

06.08.2025, 10:08
Paşinyanın sözçüsü Vaşinqton görüşünü təsdiqlədi – Avqustun 7-8-də üçtərəfli görüş olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-8-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat paylaşıb.

Məlumatda deyilir ki, Vaşinqtonda Ermənistanın Baş naziri ABŞ Prezidenti Donald Trampla Ermənistan-ABŞ strateji tərəfdaşlığını dərinləşdirmək üçün ikitərəfli görüş keçirəcək. Həmçinin, Nikol Paşinyanın, ABŞ Prezidenti Donald Trampın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş də planlaşdırılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol