Kiyevə silah və ya ikili təyinatlı humanitar yardım tədarükünün mümkünlüyü ilə bağlı Rusiyanın mövqeyi Azərbaycana yaxşı məlumdur.
Bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksey Fadeev brifinqdə danışıb.
Rusiyalı diplomat qeyd edib ki, bu addımlar dinc nizamlanmaya töhfə vermir və vəziyyəti daha da çətinləşdirir.
Xatırladaq ki, bir neçə gün əvvəl “Caliber.Az” saytı öz mənbələrinə istinadən sözügedən məsələ barədə məlumat yaymışdı.
Bildirilmişdi ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya öz arsenalında olan silah-sursat tədarükünə qoyulan embarqonun ləğv edilməsi məsələsini nəzərdən keçirməyə başlayacaq.

Şərhlər