Menu

Rusiya Xəzər donanmasına yeni raket gəmisi daxil edib

22.12.2014, 11:17
Rusiya Xəzər donanmasına yeni raket gəmisi daxil edib

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının tərkibinə daha bir döyüş gəmisi daxil edilib.

APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da 21631 "Buyan-M" layihəli kiçik raket gəmisi suüstü gəmilər briqadasının bazasına qəbul olunub.

"Velikiy Ustyuq" adlı gəmi Xəzər flotiliyasının tərkibində 21631 "Buyan-M" layihəli üçüncü gəmidir.

Xəzər dənizi və Volqa çayının kiçik dərinlikləri nəzərə alınaraq Xəzər flotiliyası üçün xüsusi olaraq tikilən bu gəmilər ən çoxu 2 metr suya oturur. Kiçik çökmə və yüksək manevr qabiliyyəti sayəsində Xəzər dənizinin sahilboyu zonasında və çaylarda verilən tapşırıqları yerinə yetirməyi bacarır. Gəmi "Kalibr-NK" universal raket kompleksi ilə silahlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol