Menu

RUSİYA YENƏ SOCAR TERMİNALINI VURDU - “Shahed” tipli PUA ilə

18.08.2025, 09:24
RUSİYA YENƏ SOCAR TERMİNALINI VURDU - “Shahed” tipli PUA ilə

Putin Rusiyası Azərbaycan qarşı çirkin təxribatlarını davam etdirir. 

“AzPolitika” xəbər verir ki, Ukrayna kanallarının məlumatına görə, ötən gecə Rusiya PUA-ları Azərbaycanın SOCAR şirkətinin Ukraynadakı yanacaq terminallarını vurub. Məntəqə “Shahed” tipli PUA ilə vurulub. Həmçinin, Ukraynanın “Nova Poşta” terminalı da hücuma məruz qalıb.

Hücum Odessa vilayəti ərazisində baş verib və nəticədə böyük yanğın başlayıb.

Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında bildirib ki, xilasedicilər güclü yanğının qarşısını alıb.

Yaşayış binalarına da ziyan dəydiyi bildirilir. Hücumun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bu, Rusiyanın Ukraynadakı SOCAR infrastrukturuna qarşı ikinci hücumudur. Bundan öncə, avqustun 6-na keçən gecə Rusiya ordusu Odessadakı SOCAR-ın neft bazasına da PUA-larla hücum edib.

Əlavə edək ki, Rusiya ilə Azərbaycan arasında məlum səbəblərdən gərginlik başlayana qədər SOCAR obyektlərinə bu cür hücumlar edilmirdi. Bu, bir daha mülki infrastrukturla “döyüşən” Moskvanın rəzilliyinin və alçaqlığının sərhəd tanımadığını göstərir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol