Naxçıvan Hava Limanından Bakı istiqamətində uçuşlara bilet satışında yenidən problemlər yaşanır.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, AZAL tərəfindən kifayət qədər reys ayrılmaması ucbatından sərnişinlər günlərlə hava limanında gözləməli olurlar.

Bundan ən çox əziyyət çəkənlər isə əsgər görüşünə gələnlər, eləcə də yaşlı valideyni və ya azyaşlı övladı ilə birlikdə səfər edənlərdir. 

Bundan əlavə, bəzi hallarda biletlər rəsmi dəyərindən artıq qiymətə təklif olunur ki, bu da sərnişinlərin narazılığına səbəb olur.