Menu

GENERALIN YERİNƏ O TƏYİN OLUNDU... - Bağırov əmr imzalayıb

21.08.2025, 21:22
GENERALIN YERİNƏ O TƏYİN OLUNDU... -  Bağırov əmr imzalayıb

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

"AzPolitika"-nın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Bu təyinatadək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ü.Zülfüqarov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Şərhlər

Rəşad 2025-08-22 21:48:34

Salam. Son bir ildə gömrükdə söbətlər gedir ki , gömrüyü başaqa təşkilata birləşdiriləcək , ona görədə kimin xidmət vaxtı çatıb , təqaüdə çıxır. Bu generallar məsələsi boş şeydi . Zatən general gedib yerinə polkovnik gələcək. Həmin polkovnik 1 il sonra o, da genaral olacaq. Belə şeyləri qeyri -aidi olmuş bir şey kimi şişirdib dərc etməyin. Çünkü bu məsəlləri çox adam bilir , və gülməli kimi gülür. Bu gün dövlət işlərində işləyənlərin çoxu , zatən təqaüd vaxtı çatan kimi , çıxmır , qaçır . Çünkü sabaha qaranti yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol