Menu

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə BASQIN

22.12.2014, 14:36

 hebs-qandalAzərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də “Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.

Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi M.Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol