Menu

Polis gücləndirilmiş iş rejiminə keçdi

22.12.2014, 14:54
Polis gücləndirilmiş iş rejiminə keçdi

General-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb

Azərbaycan polisi bu gündən gücləndirilmiş iş rejiminə keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar polis dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri günüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol