Xəbər verdiyimiz kimi, Ukraynanın hücumu nəticəsində Macarısana Rusiya neftini nəql edən "Drujba" neft kəməri yenidən fəaliyyətini dayandırıb.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, Rusiyadan ölkəyə “Drujba” neft kəməri ilə neft tədarükü artıq ay ərzində üçüncü dəfə dayandırılıb.
Nazirin sözlərinə görə, bu dəfə də səbəb kəmərin Rusiya-Belarus sərhədi yaxınlığında Ukrayna tərəfindən hücuma məruz qalmasıdır.
Siyyarto hadisəni “Macarıstanı müharibəyə cəlb etmək cəhdi” adlandıraraq, Rusiyadan gələn neftin kəsilməsinin ölkənin enerji təhlükəsizliyinə birbaşa təsir etdiyini qeyd edib.
Oxşar açıqlama Slovakiyadan da gəlib – avqustun 22-də Bratislava da Rusiyadan neft tədarükünün dayandırıldığını təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Bryansk vilayətinin Uneça şəhərində, Belarus və Ukrayna sərhədi yaxınlığında yerləşən “Drujba” kəmərinin neft nasos stansiyasına pilotsuz aparatlarla hücumdan sonra yanğın görüntüləri yayılıb.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı, ləqəbi “Madyar” olan Robert Brovdi də zərbəni təsdiqləyib və paylaşımına macar dilində “Ruslar, evinizə gedin” sözlərini əlavə edib.
Macarıstan və Slovakiyanın XİN rəhbərləri həmin gün Avropa Komissiyasına rəsmi müraciət göndərərək, Ukraynadan “Drujba” kəmərinə hücumları dayandırmağı tələb etməsini istəyiblər. Lakin Brüsseldə daha əvvəl bildirilib ki, Rusiyadan neftin kəsilməsi bu ölkələrin enerji təhlükəsizliyini təhdid etmir, çünki alternativ tədarük marşrutları mövcuddur.
Xatırladaq ki, Ukrayna pilotsuz aparatları son 10 gün ərzində artıq üçüncü dəfə “Drujba” kəməri ilə bağlı Rusiyadakı obyektləri hədəfə alıb. Macarıstan hökuməti isə Kiyevi enerji tədarükünü əngəlləməkdə ittiham edir. Avqustun 18-də Tambov vilayətində oxşar hücum zamanı Siyyartonun şikayətinə cavab olaraq Ukraynanın XİN rəhbəri Andrey Sibiqa naziri Moskvanın qapısını döyməyə çağırmışdı. Avqustun 19-da isə tədarükün bərpası barədə məlumat yayılmışdı.
“AzPolitika.info"
***
Ukraynanın hücumu nəticəsində Macarısana Rusiya neftini nəql edən "Drujba" neft kəməri yenidən fəaliyyətini dayandırıb.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto öz "Facebook" səhifəsində məlumat verib.
O qeyd edib ki, hadisə Rusiya-Belarus sərhədində baş verib.
Adı çəkilən neft kəməri avqustun 18-də endirlən zərbədən sonra təzə təmir olunmuşdu.

Şərhlər