Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı Aşxen Aleksanyan casusluq şübhəsi ilə saxlanılıb. Bu barədə erməni mediası – “Qraparak” nəşri məlumat yayıb.
Məlumata görə, Aleksanyan bir neçə ay öncə Yerevanın “Zvartnots” hava limanında saxlanılıb. Lakin Ermənistan hakimiyyəti məsələni ictimaiyyətə açıqlamamağa qərar verib. Məqsədin mümkün siyasi skandalın qarşısını almaq olduğu bildirilir.
Nəşrin iddiasına görə, Aleksanyanın üzərindən tapılan sənədlər onun guya Azərbaycan xeyrinə casusluq fəaliyyəti ilə məşğul olduğuna dair şübhələr yaradıb.
Əməliyyatdan dərhal sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti XİN-in binasında genişmiqyaslı axtarış aparıb, nazirliyə aid kompüter və sənədləri yoxlayıb.
“Qraparak” yazır ki, Aleksanyan haqqında açıq mənbələrdə mövcud olan məlumatlar – hətta onun təyinatı ilə bağlı xəbərlər belə – tamamilə silinib.
“AzPolitika.info”

Şərhlər