Menu

"Fənərbaxça"nın Avroliqadakı rəqibləri bəlli oldu

29.08.2025, 17:22
"Fənərbaxça"nın Avroliqadakı rəqibləri bəlli oldu

UEFA Çempionlar Liqasının play-off mərhələsində “Benfika”ya uduzan “Fənərbaxça” yoluna UEFA Avropa Liqasında davam edir.

Avropa Liqasında qrup mərhələsində mübarizə aparacaq sarı-lacivərdlilər, 2-ci torbadan püşkatmaya qatılıb və evdə 4, səfərdə isə 4 oyun keçirəcək.

Püşkatmanın nəticələrinə əsasən “Fənərbaxça”nın qrupdakı rəqibləri belədir:
“Dinamo Zaqreb”, “Aston Villa”, “Ferensvaroş”, “Viktoria Pilzen” , “Nitz”, “FCSB” , “Ştuttqart”, “Brann”.

“Fənərbaxça” qrup mərhələsini ilk 8 komandadan biri kimi başa vursa, birbaşa son 16 turuna yüksələcək. Əgər sarı-lacivərdlilər 16–24-cü yerlərdən birini tutarsa, son 16 üçün play-off oyunu keçirməli olacaq. 

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı İstanbulda, “Tüpraş Stadionu”nda təşkil olunacaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol