Menu

"Müharibə istənilən halda bitəcək, Putin heç yerə qaça bilməyəcək" - Ukrayna lideri

29.08.2025, 17:58
"Müharibə istənilən halda bitəcək, Putin heç yerə qaça bilməyəcək" - Ukrayna lideri

Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda başa çatacaq. Bütün dünya başa düşür ki, Moskvanın təcavüzü davam etdirməsinin səbəbləri absurddur.

APA RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

“Müharibə hər halda bitəcək, Putin heç yerə qaça bilməyəcək. Dünyada heç kim onları dəstəkləmir”, - Zelenski deyib.

O qeyd edib ki, Rusiya dünya üçün təcavüzkar olaraq qalır: “Moskva günahkardır və müharibəni məhz o bitirməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol