Menu

Azərbaycan və Türkiyə XİN rəsmiləri regional məsələləri müzakirə ediblər

30.08.2025, 00:00
Azərbaycan və Türkiyə XİN rəsmiləri regional məsələləri müzakirə ediblər

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyədə bu ölkənin xarici işlər nazirinin müavini A.Berris Ekinci ilə görüşüb.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, nazir müavinləri ikitərəfli gündəliyin aktual istiqamətlərini və regional məsələləri müzakirə ediblər.

Türkiyə Xarici İşlər Nazirliyindən isə bildirilib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli əlaqələr, Türkiyənin COP31-ə ev sahibliyinə namizədliyi, Cənubi Qafqazdakı cari proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Y.Rəfiyev daha əvvəl Türkiyə xarici işlər nazirinin digər müavini Nuh Yılmazla görüşmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol