Menu

Qəzzada İsrail ordusunun 1 hərbçisi həlak olub

30.08.2025, 09:20
Qəzzada İsrail ordusunun 1 hərbçisi həlak olub

İsrail ordusunun Qəzza bölgəsində dünən axşam saatlarında başlatdığı əməliyyat zamanı bir hərbçi həlak olub, 11 hərbçi isə ağır yaralanıb.

APA xəbər verir ki, bu haqda “əl-Cəzira” telekanalı İsrail mətbuatına istinadən məlumat verib.

Bundan başqa İsrail ordusunun Qəzzanın şərqində yerləşən Zeytun bölgəsində başlatdığı əməliyyat zamanı 4 hərbçinin də itkin düşdüyü bildirilir. Onların HƏMAS döyüşçülərinə əsir düşdüyü ehtimal olunur.

İsrail ordusunun Qəzza bölgəsində əməliyyatları dayandıraraq geri çəkildiyi bildirilir.

İsrail mediası həmçinin əsir düşmüş hərbçilərlə bağlı “Hannibal Protokolu”na əməl olunduğuna dair məlumatlar dərc edib.

Qeyd edək ki, 1986-cı ildə hazırlanmış “Hannibal Protokolu” xilasetmənin mümkün olmadığı təqdirdə girovların onları əsir götürənlərlə birlikdə məhv edilməsini nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol