İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına mesahibə verib.
Prezident bildirib ki, ABŞ və İsrailin əsas məqsədi İranı parçalamaq və məhv etməkdir: “Müharibə istəmirik, lakin hücum olarsa gücümüzlə cavab verəcəyik. Savaşdan qorxmuruq. Əsl qorxum daxili ixtilaflardır. Bəzən xırda məsələlər üzündən yaranan qarşıdurmalar düşmənlərin fürsət gözlədiyi zəif nöqtəmizdir”.
Pezeşkian, BMT-nin sanksiyaları bərpa etməyə imkan verən “snapback mexanizmi” ilə bağlı sualı cavablandırarkən Avropa ölkələrini ikili standartda ittiham edib:“Biz bu mexanizmin işə salınmasını istəmirik. Ancaq bir çox beynəlxalq qanunları pozan Avropa ölkələrinin bizi razılaşmaya əməl etməməkdə günahlandırması qəbulolunmazdır".
Prezident qeyd edib ki, İran xalqı hər zaman xarici təhdidlər qarşısında birliyini sübut edib:“Heç bir iranlı ölkəsinin bölünməsini və ya təslim olmasını istəməz. ABŞ və İsrail İranı devirməyə çalışır, lakin biz təslim olmayacağıq. Amerika resurslarımızı əlimizdən alıb itaətimizi tələb edir, lakin buna boyun əyməyəcəyik".
“AzPolitika.info"


Şərhlər
İran Prezidenti Məsud Pezeşkian “Müharibə istəmirik, lakin hücum olarsa gücümüzlə cavab verəcəyik. Savaşdan qorxmuruq. Əsl qorxum daxili ixtilaflardır". Bəli ağayi Pezeşkian, dediyinizdən qorxursunuza demək ki, daxildə her şeyin heç də göründüyü və ya bəzi "rəsmilərin" də söylədiyi kimi olmadığının farkındasınız. Məhz, ilk gündən bu açıq fikirliliyinizə və drüst olduğunuz görə Sizi sevdik. Xüsusən də milli kimliyinizi və dilinizi makamınızdan üstün tutmağınıza görə, sevdik Sizi. İndi isə gələk qorxu məsələsinə. Bəli, İstənilən ölkədə, dövlətin başçısında, bu hissin olması yaxşı əlamətdir. Çünki, bu hisslər onu daima xalqa, onun dərdinə götürəcək ki, Ölkə təhlükə qarşısında olanda, xalqdan arxayın olsun. Əks halda, yaxın tariximizdə Libiyada, İrakda, və sonda da Suriyada baş verənlər təkirar olunar ki, bu da ölkəni və xalqı böyük bir faciə ilə qarşı- qarşıya qoymuş olar. Səddam onun üçün ölüm məhkəməsindəki son çıxışında dedi, "mən xalqıma güvənirdim, amma xalq mənim arxamda durmad". Nə yazıq ki, onda vaxt o qədər dar idi ki, Səddama bunun nədənini anlatmaq çox gec idi. Özü getdi, arxasında da bir cehennem qoyub getdi. Ona görə də cənab Ptzeşkian, indi Siz xalqın içində o qədər çox olmalısınız ki, dediyiniz qorxunu yene bilesiniz. Siz bunu bacaracaqsınız. İnşallah.