Menu

Cəlilabadda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

31.08.2025, 15:23
Cəlilabadda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Cəlilabadda baş verən yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 11:30 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin travması və kəsilmiş yaraları diaqnozları təyin olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxsə zəruri ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

"Opel" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ"ın sərnişini - 2023-cü il təvəllüdlü N. Vahibzadə ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol