Ukraynaya aid “TB-2 Bayraktar” PUA-ları yenidən Ukrayna cənhəsində aktiv döyüş əməliyyatlarına cəlb olunub.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, “Bayraktar” uzun fasilədən sonra Rusiya işğalçılarına zərbələr endirərkən görüntülənib.
Belə ki, Ukrayna qüvvələrinin Qara dəniz sahilində Rusiya gəmisinə və əsgərlərinə zərbə endirməsinə dair görüntülər yayımlanıb. Zərbə “Bayraktar TB-2” tərəfindən endirilib.
Məlumatda qeyd olunur ki, müharibənin gedişində “Bayraktar” əsasən kəşfiyyat üçün istifadə olunub. Onun zərbə əməliyyatları Rusiyanın hava hücumundan müdafiə və elektron müharibə sistemləri qarşısında zəif olduğu üçün məhdud idi. Lakin indi görünür ki, bu problem həll olunub.
"Rusiya Qara Dəniz Donanmasının hava-desant qoşunlarının bir hissəsini Tendrovskaya çatdırmağa çalışan daha bir yüksəksürətli kater məhv edilib. İşğalçıların 7-si həlak olub, 4-ü yaralanıb", - Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirilib.
Qeyd edək ki, Ukrayna hələ tammiqyaslı müharibə başlamazdan əvvəl “Bayraktar”dan istifadə etməyə başlamışdı. Qeydə alınmış ilk zərbə 2021-ci ilin oktyabrında Donbasda PUA-ların 122 mm-lik D-30 haubitsasını məhv etdiyi zaman baş verib. Genişmiqyaslı işğalın başlanğıcında “Bayraktar” olduqca effektiv döyüşüb və Rusiyanın mexanikləşdirilmiş kolonlarını dayandırıb. Həmçinin, Qara dənizdəki Zmeini adasının azad edilməsində mühüm rol oynayıb.
İndi “Bayraktar”-ın yenidən zərbə əməliyyatlarında görünməsi onun Ukraynadakı zavoduna Rusiya tərəfindən zərbə endirilməsinə dair xəbərlər fonunda olduqca maraqlı görünür.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) September 5, 2025

Şərhlər