Menu

Azərbaycanda əhali ayda neçə kq ət yeyir? - Statistika açıqlandı

05.09.2025, 16:52
Azərbaycanda əhali ayda neçə kq ət yeyir? - Statistika açıqlandı

Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 45.5 kiloqram olub. Bu isə 2023-cü illə müqayisədə 1.5 kiloqram çoxdur.

"AzPolitika" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.1 kq qoyun və keçi əti, 1 kq donuz əti, 18.1 kq quş əti istehlak edilib.

Qeyd edək ki, hesabat dövründə 256.9 kq süd və süd məhsulları, 195 ədəd yumurta, 8,4 kq isə balıq əti istehlak edilib.

"AzPolitika.info"

Şərhlər

R 2025-09-11 21:41:51

Musəlman donuz yeməz

Əfqan 2025-09-06 02:30:05

Yalan statistika ilə xalqı aldadırlar.Kasıb ,işsiz davamlı bahalaşan ətin üzünü görür, onu ala bilir?yalan orta hesablamalarla xalqı çaşdırlrlar

Kirpi 2025-09-05 18:50:41

Bu statistikanı hesablayanda, adam başına? Yoxsa onları yiyə bilənə görə hesablanır,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol