Menu

"SİZİN ÖZÜNÜZƏ HÖRMƏTİNİZ YOXDUR?" - Santuş bu suala görün nə cavab verdi + VİDEO

06.09.2025, 10:31
"SİZİN ÖZÜNÜZƏ HÖRMƏTİNİZ YOXDUR?"  - Santuş bu suala görün nə cavab verdi + VİDEO

Ötən gün futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda səfərdə İslandiya yığmasına 0:5 hesabı ilə uduzması ictimaiyyəti məyus etsə də, baş məşqçisi Fernandu Santuş narahat deyil.

"AzPolitika"  xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında jurnalist Ceyhun Rzayevin Santuşa ünvanladığı suala onun verdiyi cavab da bunu göstərir.

O, məşqçiyə bu sualı verib: “Başa düşürəm ki, məğlub olduq. Başa düşürəm ki, siz istefa vermək istəmirsiniz. Həqiqətənmi sizə təzminat verib göndərməlidirlər? Siz ömrünüzün sonuna qədər işləməsəniz belə, qazandığınız pullar sizə kifayət etməlidir. Bəs, insanın özünə hörməti? Sizin özünüzə hörmətiniz yoxdur?”.

Santuş isə  utanıb- qızarmadan bildirib ki, onun hələ müqavilə müddəti bitməyib.

Jurnalistin bu sualı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

Şərhlər

SAVALAN 2025-09-06 19:47:30

Ay millət! Korrugsiya elə bir bəladır ki, hər şeyi məhv edir, o cümlədən idmanı da . Bu bədbəxti buraxan var ki, getsin...? Hər işin başında o işin peşəkarı oturmalıdır! Yoxsa əl kukiası - Rövşən Nəcəf...?

Sahib-ə əlavə 2025-09-06 17:38:33

Bu ölkədə hələ 5-ci təkər kimi Formula-1-in vaciliyi yaddan çıxıb?Xalq malını dağıtmaq üçün lazımsız.mənasız.xalqa əziyyət verən.narahatıq yaradan Formula-1 niyə maraqlıdır?

Azər 2025-09-06 15:16:33

Jurnalistin bu cür sual verməsi nə dərəcə də etikdir ?

Yavər 2025-09-06 14:49:11

Idmanda korrupsiyanın izləri görünür.Santuşa müqavilə mələğinin neçə faizi çatıb ? Yerdə qalanı kimə çatıb?Ona görə Santuş arxayın danışır .

Sahib 2025-09-06 12:29:54

Bu ölkəyə santuşlar və digər tuşlar lazımdır. İnkişaf budur. Təhsil, elm, mədəniyyət, səhiyyə lazım deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol