Menu

Avropa ölkələrində və Azərbaycanda minimum maaş nə qədərdir? - Arada 10 dəfədən çox fərq var... + SİYAHI

08.09.2025, 13:28
Avropa ölkələrində və Azərbaycanda minimum maaş nə qədərdir? - Arada 10 dəfədən çox fərq var... + SİYAHI

Avropa İttifaqının Statistika İdarəsi (Euorstat) tərəfindən dərc olunan yeni hesabatda 2025-ci ilin iyul ayı üzrə Avropa İttifaqına daxil ölkələrdəki minimum əmək haqqı məbləğlərinin müqayisəli təhlili aparılıb. Minimum maaşlar adətən aylıq xalisdən əvvəlki məbləğ kimi təqdim olunur. Yəni işçinin ödəməli olduğu vergi və sosial sığorta çıxılmadan əvvəlki məbləğdir. Bu göstəricilər il ərzində iki dəfə “Eurostat” tərəfindən yayımlanır.

“Eurostat”-ın məlumatına əsasən, Aİ-də 27 ölkədən 22-də milli minimum maaş mövcuddur. Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveç isə milli minimum maaş tətbiq etmir.

Məlumata görə, minimum maaş cari ildə Bolqarıstanda 551 avro təşkil etdiyi halda, Lüksemburqda 2 704 avro səviyyəsində olub.

Lüksemburq, İrlandiya, Niderland, Almaniya, Belçika və Fransada minimum maaş 1 802 avro ilə 2 704 avro arasında dəyişir.

İspaniya, Sloveniya, Polşa, Litva, Yunanıstan, Portuqaliya və Kiprdə isə minimum maaş 1 000–1 500 avro aralığındadır.

Xorvatiya, Malta, Estoniya, Çexiya, Slovakiya, Rumıniya, Latviya, Macarıstan və Bolqarıstan kimi ölkələrdə isə aylıq minimum maaş 1000 avrodan aşağıdır.

Qeyd olunur ki, 2015–2025-ci illər arasında minimum maaşların illik ortalama artım tempi ən yüksək Rumıniyada (+13,0%), ardınca Litva (+12,3%), Bolqarıstan (+11,0%) və Polşa (+10,2%) olub. Ən aşağı artım tempi isə Fransa (+2,1%) və Malta (+2,9%) ölkələrində qeydə alınıb.

Aİ-dəki ölkələrdə ödənən minimum əmək haqqı məbləği belədir:

Lüksemburq - 2 704€;

İrlandiya - 2 282€;

Niderland - 2 193€;

Almaniya - 2 161€;

Belçika - 2 070€;

Fransa - 1 802€;

İspaniya - 1 381€;

Sloveniya - 1 278€;

Polşa - 1 091€;

Litva - 1 038€;

Portuqaliya - 1 015€;

Kipr - 1 000€;

Yunanıstan - 968€;

Malta - 961€;

Estoniya - 886€;

Çexiya - 826€;

Slovakiya - 816€;

Rumıniya - 814€;

Latviya - 740€;

Macarıstan - 707€;

Bolqarıstan - 551€.

Qeyd edək ki, Azərbaycanda minimum əmək haqqı məbləği 400 (200 avro) manatdır.

“AzPolitika.info”

Şərhlər

Rasim Quliyev 2025-09-08 18:38:45

Bunu keçmiş bizim hörmətli Nazirimiz Misir Mərdanova demək lazımdır hər dəfə bizi Avropa ilə müqayisə edirdi

Asıs 2025-09-08 15:22:31

Xercler bu olkelerden en azı 2 defe bahadır.derman 5 defe en azıq. Usaq qıdalarıda.avropada tek usaq ucun verılen pul bızde aıle ısleyende ece gırır.bu ıdare etme deyıl bıabırcılıqdır.zulme ducar etmekdır ınsanları

B.Kolxozdar 2025-09-08 14:00:57

Avropa təşkilat və dövvlətləri Kremlin dərinləşən işğalından *müdafiəyə haradan başlamalı?* hayında *EuroStat* məvacib göstəicilərini verib? Azərbaycan Avropa və digər güclülər üçün daha çox çalışsa da, hələlik ÖZ regionu güney Qafqaz respublikaları ilə müqayisələnir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol