Menu

"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu

08.09.2025, 16:54
"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu

"Fənərbaxça” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Məlumatına görə, “sarı-lacivərdli”ləri bundan sonra Domeniko Tedesko çalışdıracaq.

İsmail Kartalın yenidən komandanın sükanı arxasına keçəcəyi ehtimal olunsa da, bu baş verməyib. Klub prezidenti Ali Koç seçimində əcnəbi mütəxəssisi üstün tutub.

Almaniyalı mütəxəssis son olaraq Belçika yığmasına rəhbərlik edib. O, yanvar ayından bəri işsiz idi.

Tedesko daha əvvəl “Şalke”, “Leyptsiq” və “Spartak” komandalarında da baş məşqçi kimi fəaliyyət göstərib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol