Menu

Gürcüstan DİN aksiyaçılara xəbərdarlıq edib

08.09.2025, 21:57
Gürcüstan DİN aksiyaçılara xəbərdarlıq edib

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) aksiya iştirakçılarına xəbərdarlıq edib.

"Report"un yerli bürosu xəbər verir ki, nazirlik Tbilisinin Melikişvili prospektində keçirilən aksiyanın iştirakçılarını polisin qanuni göstərişlərinə əməl etməyə çağırıb.

Qurumun açıqlamasında qeyd olunur ki, vəziyyətin süni şəkildə gərginləşdirilməsinə yol verilməməlidir, əks halda hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulmuş tədbirlər görəcək.

Nazirlik bildirib ki, vətəndaşlar arasında qarşıdurma başlayandan dərhal sonra polis vəziyyəti nəzarətə götürüb və münaqişənin böyüməsinin qarşısını alıb. Lakin bəzi şəxslərin hələ də ictimai asayişi pozmağa davam etdiyi vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol