Menu

Meksikada qatarla avtobus toqquşub - 9 nəfər ölüb, onlarla insan yaralanıb

08.09.2025, 23:03
Meksikada qatarla avtobus toqquşub - 9 nəfər ölüb, onlarla insan yaralanıb

Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 41 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 17:00) federal magistralda baş verib. Avtobusda 50 sərnişin olub.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan azı 10-u ağır xəsarətlər alıb.

Hadisə yerində fövqəladə yardım xidmətinin əməkdaşları işləyirlər. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol