Menu

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb

09.09.2025, 11:03
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

Xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.

İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol