Azərbaycan milli futbol komandası sentyabrın 5-də səfərdə İslandiya ilə oyunda 5:0 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Fernandu Santuş ilə yollar ayrılıb.  Ötən gün Ukrayna ilə növbəti matça yığmamızı U21-in çalışdırcısı Ayxan Abbasov çıxarıb. Yığma nəhayət ki, uzun aylardan sonra 1 xal almağı bacarıb.  

"AzPolitika" mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanın müstəqillik qazandığı dövrdən bəri milli komandaya rəhbərlik etmiş baş məşqçilərin fəaliyyətini araşdırıb.

Məlumat üçün bildirək ki, millidə ən zəif nəticələr 1994-95-ci illərdə Ağasəlim Mircavadov, 2002-ci ildə Kazbek Tuayev, 2008-ci ildə Nazim Süleymanov və 2014-cü ildə Mahmud Qurbanov tərəfindən göstərilib. Bu məşqçilərin rəhbərliyi altında komanda heç bir xal qazana bilməyib. 1992-ci ildən indiyədək Azərbaycan milli komandasında ümumilikdə 20 baş məşqçi fəaliyyət göstərib. Komandanın ilk baş məşqçisi Ələkbər Məmmədov olub. O, 1992-93-cü illərdə milli komanda ilə 5 oyuna çıxmış, bunlardan 3-də qələbə qazanmışdır. Əlavə olaraq onun rəhbərliyi altında 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb.

Ən çox oyunda milli komandaya rəhbərlik edən baş məşqçi Berti Foqts olub. Onun rəhbərliyi altında Azərbaycan millisinin iştirakı ilə 71 oyun keçirilib və bunlardan 34-də məğlubiyyət qeydə alınıb. Komanda 22 oyunda heç-heçə edib, yalnız 15 matçda qələbə qazana bilib.

Tarixi baxımdan, milli komandaya ən uğurlu rəhbərlik etmiş baş məşqçi isə Ələkbər Məmmədov hesab olunur. Onun ardınca ən yaxşı nəticələr Arif Əsədov və Qurban Qurbanov tərəfindən göstərilib. Əsədov 4 oyunda 2 qələbə qazanıb, Qurbanov isə 12 oyunda 4 qələbə və 5 heç-heçəyə imza atıb.

Millini çalışdıran məşqçilərin nailiyyətlərini təqdim edirik:

Baş məşqçilər Dövr Oyun sayı Qələbə Heç-heçə Məğlubiyyət Nəticə
Ələkbər Məmmədov 1992–1993 5 3 1 1 2 xal
Kazbek Tuayev (müvəqqəti) 1994 1 0 1 0 xal
Ağasəlim Mircavadov (müvəqqəti) 1994 1 0 0 1 0 xal
Ağasəlim Mircavadov 1994–1995 9 0 0 9 0 xal
Kazbek Tuayev 1995–1996 11 3 3 5 1,1 xal
Vaqif Sadıqov 1997–1999 20 6 3 11 1,05 xal
Əhməd Ələsgərov 1999–2000 9 1 2 6 0,56 xal
Əsgər Abdullayev (müvəqqəti) 2000 4 0 2 2 0,5 xal
İqor Ponomaryov 2000–2001 13 1 2 10 0,38 xal
Kazbek Tuayev (müvəqqəti) 2002 2 0 0 2 0 xal
Vaqif Sadıqov 2002 9 1 4 4 0,78 xal
Əsgər Abdullayev 2002–2004 9 1 2 6 0,56 xal
Karlos Alberto Torres 2004–2005 18 2 5 11 0,61 xal
Vaqif Sadıqov (müvəqqəti) 2005 5 0 1 4 0,2 xal
Şahin Diniyev 2005–2007 20 4 7 9 0,95 xal
Gjoko Hadzievski (müvəqqəti) 2007–2008 3 0 1 2 0,33 xal
Nazim Süleymanov (müvəqqəti) 2008 1 0 0 1 0 xal
Berti Foqts 2008–2014 71 15 22 34 1,03 xal
Mahmud Qurbanov (müvəqqəti) 2014 1 0 0 1 0 xal
Robert Prosineçki 2014–2017 23 6 6 11 1,04 xal
Qurban Qurbanov 2017–2018 12 5 4 3 1,42 xal
Nikola Yurçeviç 2019–2020 10 1 2 7 0,5 xal
Gianni De Biasi 2020–2023 39 10 8 21 1,03 xal
Arif Əsədov (müvəqqəti) 2024 4 2 1 1 1,75 xal
Fernando Santos 2024–2025 11 0 2 9 0,18 xal