Menu

Azərbaycanda dəhşətli qəza: ölənlər var

23.12.2014, 10:06
Azərbaycanda dəhşətli qəza: ölənlər var

Salyan rayonunda faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində - Salyan rayonu ərazisində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Tayota-Prado” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 2106”-da olan sərnişinlər - Salyan rayonu Xalac kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüb.

“VAZ 2106”-nın sürücüsü ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol