Menu

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq

11.09.2025, 11:08
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq

Müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.

"Report" xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik edilir.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Bildirilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.

Şərhlər

Müəllim 2025-09-11 13:33:47

Niyə?Bəs bu tədbir keçirənlər aylıq gmaaşalmırlar.məər bu onların iş.vəzifəsi deyil?Bu nəsoyğunçuluqdur?Məleykə xanıma Lpndona göndərməyə pul toplanır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol