Menu

Azərbaycan yeni neft müqaviləsi imzaladı

23.12.2014, 10:30
Azərbaycan yeni neft müqaviləsi imzaladı

BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dekabrın 22-də Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geolojikəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsüsazişi (HPBS) imzalayıb.

"BP" şirkətinən fins.az-a verilən məlumata görə, bu yeni saziş Azərbaycan Hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir.

Sazişi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətininprezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, yeni müqavilənin imzalanması Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcək. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell isə qeyd edib ki, bu yeni tərəfdaşlıq BP-nin dünyanın digər yerlərində dayazsulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların istifadəsi sahəsində səriştəsinə əsaslanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol