Avqustun 30-da Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Voskresenka qəsəbəsində Rusiya işğalçı ordusunun komanda məntəqəsini darmadağın edib. Həmin hücumun nəticəsində Rusiyanın verdiyi ciddi itkilər ötən gün təsdiqlənib.
“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin zabiti, cəbhədə işğalçıların itkilərini izləyən hərbi bloqer Anatoli Ştefanın(“Ştirlits”) qeyd etdiyinə görə, komanda məntəqəsinə hücum nəticəsində Rusiya ordusunun azı iki polkovnik-leytenantı həlak olub.
Onların haqqındakı nekroloqlar komanda məntəqəsinin dağıdılmasından bir neçə gün sonra ortaya çıxıb. “Ştirlits” iddia edir ki, nekroloqlarda adı keçən hər iki polkovnik-leytenant Voskresenkada məhv edilib.
Bunlar polkovnik-leytenant Dmitri Paşabekov və polkovnik-leytenant Ruslan Şiqabutdinovdur.
Ümumilikdə, Rusiya itkilərini izləyən mənbələrə görə, həmin hücum zamanı 17 zabit və 1 sıravi əsgər məhv edilib.
“AzPolitika.info”

Şərhlər
Ağır Hərbi işğal təcavüzündən müdafiəyə çalışan Ukraynanın ən aydın-sadə və müqəddəs-ədalətli bir xilas yolu var: Sərhəddini aşmış hər təcavüzkar-cinayətkarı məhv etmək? Digərlərinin atəşkəs və ya digər hiylələri Ukrayna və Kiyevi onlarla dəfə güclü Kremlin tam işğal və ya yeni Ağ Evin əvəz-payı almaq ehtirasından çətin ki, xilas etsin?
Adlara diqqət edin müsəlman və türk mənşəli əsgər və zabitləri məhv edir Rusiya bu müharibədə.