Menu

"Polşanın hava məkanının müdafiəsi üçün 3 Rafale qırıcısı göndərilir" - Makron

12.09.2025, 11:16
"Polşanın hava məkanının müdafiəsi üçün 3 Rafale qırıcısı göndərilir" - Makron

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə müdaxiləsindən sonra bu ölkənin hava məkanını qorumaq üçün 3 ədəd «Rafale» qırıcısı göndərmək qərarı verib.

"Rusiya PUA-larının Polşa ərazisinə daxil olmasından sonra, mən NATO müttəfiqlərimizlə birlikdə Polşanın hava məkanını və Şərqi Avropa flanqını qorumaq məqsədilə üç «Rafale» qırıcısını cəlb etmək qərarı verdim", – deyə Makron bəyan edib.

Fransa lideri bu qərarı Polşanın Baş naziri ilə razılaşdırdığını və məsələni həm NATO-nun baş katibi, həm də Böyük Britaniyanın Baş naziri ilə müzakirə etdiyini vurğulayıb:

"Avropa qitəsinin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Biz Rusiyanın artan təhdidlərinə boyun əyməyəcəyik", – deyə o əlavə edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol