Rayon ərazisində bələdiyyə seçkiləri üçün təşkil olunan tədbirlərin passivliyi birbaşa təsir edib
Qusar rayonunda seçkilər paytaxtda olduğu kimi saat 08 radələrində başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu il bələdiyyə seçkilərində seçicilərin aktivliyi zəifdir.
Buna ilk növbədə rayon ərazisində bələdiyyə seçkiləri üçün təşkil olunan tədbirlərin passivliyi birbaşa təsir edib.
Bundan başqa, rayon ərazisində qar yağması seçicilərin aktivliyinə mənfi təsir edir.
Seçkilərə start verilən kimi Qusar rayonunda şəhid Bəhruz Ağayarov adına 1 saylı orta məktəbdki seçki məntəqəsində ilk səs verən elə ANS PRESS-in bölgə müxbiri Aytəkin Alxaslı olub.
Qeyd edək ki, rayonda 25 bələdiyyə yeri uğrunda 580 namizəd mübarizə aparır. 63 seçki məntəqəsində 45824 seçici iştirak etməlidir. Seçki məntəqələrindən bir Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təşkil olunub.


Şərhlər