Menu

AFFA-nın SANTUŞA ÖDƏDİYİ KOMPENSASİYANIN MƏBLƏĞİ AÇIQLANDI - Anlaşma əldə olunub

12.09.2025, 23:00
AFFA-nın SANTUŞA ÖDƏDİYİ KOMPENSASİYANIN MƏBLƏĞİ AÇIQLANDI - Anlaşma əldə olunub

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl AFFA milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib. 

"AzPolitika" xəbər verir ki, belə olan halda təbii ki, müqavilə federasiya tərəfindən pozulduğu üçün qurumun portuqaliyalı mütəxəssisə kompensasiya ödəməsi labüd idi.

Bəs görəsən AFFA Fernandu Santuşa nə qədər pul ödəyib?

"Bizim.Media"-nın əldə etdiyi məlumata görə, Santuş AFFA-dan 2 milyon avro vəsait tələb edib.

Bu pulu ödəmək istəməyən federasiya rəsmiləri danışıqlardan sonra məbləği aşağı salmağı bacarıblar. Yekunda portuqaliyalı mütəxəssislə 1 milyon 400 min avro qarşılığında anlaşma əldə olunub.

Məhz bundan sonra Santuş yığmadan ayrılmağa qərar verib.

Şərhlər

Rasim 2025-09-14 18:28:38

Affa mənə milyon və ayda 2000manat ailəm üçün xərclik versin.o bir milyon ilə millini Avropa çempionatının final mərhələsinə çıxarmağa söz verirəm.AFFAnin gətirdiyi məşqçilər Azər Bağırovdan güclüdürsə mən futboldan danışmaram

Ramin 2025-09-13 22:29:53

Milletden basqa hamiya pul var

sadiq 2025-09-13 21:32:56

affa bir pul silmək yerinə çevrilib. affa rəhbərliyinin səviyyəsi necədirsə milli futbol komandamız da o gündədir.

Eksp1ert 2025-09-13 17:18:44

Bu kompensasiyadan AFFA-ya otkat nə qədər olub?Nitəun aFFA açıqamır?Olub axı ! İşinin öhdəsindən gəməyənə. müsbət nəticə əldə olmayan halda nəyə kompensasiya ödəilməlidir?Əksinə,hələ müqavilə üzrə ödənilən geri alınmalıdır.Bunun edilməməsi bu məsələdə şübhələrin əsaslı olduğundan xəbər verir.

Laçınlı balası 2025-09-13 08:15:19

AFFA QARDAŞ ELƏ BİL MƏN DƏ FERNANDO SANTUŞAM MƏNƏ DƏ ÇOX DEMİRƏM 50 MİN MANAT PUL VER NEÇƏ İLLƏRDİ FERMA EVİNDƏ QALIRAM ( SƏİDƏNİN CANI ÜÇÜN) MƏN DƏ BİR GÜN DƏ OLSA RAHAT OLUM

rr 2025-09-13 05:40:41

qiydirme futbola qöre , 1.4 mln avro,( biyabrciliq, camaat ushaq pulu isteyir vermiller, amma lazim olmayan yere pullari sepeleyirler! Allah baqishlamaz bele ishderi Vallahi !!! Haraminiz olsun o futboldan qazandiqiniz pullar !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol