Menu

Yəhudi aktrisadan Fələstinə dəstək - VİDEO

15.09.2025, 12:55
Yəhudi aktrisadan Fələstinə dəstək - VİDEO

Televiziya dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılan "Emmi Mükafatları" Los-Ancelesdəki Peakok Teatrında 77-ci dəfə sahiblərinə təqdim olunub.

Gecədə bir sıra sürprizlər yaşanıb. 

Belə ki, “Hacks” serialındakı rolu ilə ən yaxşı qadın aktrisa seçilən yəhudi əsilli Hanna Einbinderin "Fələstinə azadlıq" çağırışı edib.

ABŞ Prezidenti Donald Trampın siyasətinə etirazını bildirən Hanna sözlərini belə tamamlayıb:“Fələstinə azadlıq! ”.

Daha sonra jurnalistlərə açıqlama verən aktrisa bunları deyib:“Bir yəhudi olaraq, bizim din və mədəniyyətimizin İsrail dövlətindən ayrı olduğunu vurğulamaq mənim borcumdur. Biz etnik-millətçi dövlət anlayışından uzağıq".

"AzPolitika.info"


Şərhlər

müsəlman 2025-09-15 15:01:23

bu Qüdrətdən ağıllıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol