Menu

Ölkə başçısı "Qarabağ"ı təbrik etdi

17.09.2025, 11:23
Ölkə başçısı "Qarabağ"ı təbrik etdi

Prezident İlham Əliyev UEFA Çempionlar Liqasında Portuqaliyanın "Benfika" klubunu 2-3 hesabı ilə məğlub edən təmsilçimiz "Qarabağ"ı təbrik edib.

Bu barədə prezidentin sosial media hesabından paylaşım edilib.

Paylaşımda qeyd olunub:"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm."AzPolitika.info" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol