Menu

Bakıda orta əməkhaqqı 1 400 manata yaxınlaşır

17.09.2025, 12:43
Bakıda orta əməkhaqqı 1 400 manata yaxınlaşır

Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 375,4 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyun ayları ilə nisbətən 8,4 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1 097,3 manat təşkil edib.

Şərhlər

B.Kolxozdar 2025-09-17 17:35:18

Bakı üzrə orta əmək haqqı 1400 manatdırsa deməli, minimum əmək haqqı da hər təşkilat üzrə 350...700 (1400/2/2...700/2) manat arasında olması ədalətli deyilmi? Rayonlarda işçilərin və iş yerləinin az olması və fərqlilik əmsalına görə maaşları ən geci gələn ilin 2 ya 3cü rübündən daha yüksək olmalı deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol