Menu

ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib

17.09.2025, 16:56
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib

ABŞ Dövlət Departamenti İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı olaraq tanıyıb.

APA xəbər verir ki, bu barədə məlumat departamentin saytında dərc olunub.

Sözügedən qruplaşmalar “Hərəkət əl-Nücəba”, “Kətaib Seyyid əl-Şühəda”, “Hərəkət Ənsar Allah əl-Əvfiya” və “Kataib əl-İmam Əli”dir.

ABŞ Dövlət Departamenti “İranı dünyada terrorizmin sponsoru” adlandırıb və rəsmi Tehranın bu qruplaşmalara hər cür dəstək göstərdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol