Menu

Bakının passiv seçiciləri - Foto

23.12.2014, 13:20
Bakının passiv seçiciləri - Foto

Məntəqənin sədrinin sözlərinə görə, seçicilərin çoxu namizədləri tanımır

Bakıda səhər saat 08:00-dan etibarən seçki məntəqələrində bələdiyyə seçkilərinə başlanıb.

ANS PRESS-in əməkdaşı bir neçə seçki məntəqəsində olub. Ümumi müşahidələr zamanı bələdiyyə seçkilərində seçicilərin çox passiv iştirak etdiyini gördük.

Yasamal rayon 16-cı seçki dairəsi 8 saylı seçki məntəqəsində səhər saatlarından indiyə qədər ümumilikdə seçicilərin sayı 200-ə çatmayıb. Ümumilikdə məntəqədə 13564 seçici var. Məntəqədə 19 seçki yerinə 66 namizəd verib. Lakin namizədlər seçkilərdə çox passiv iştirak ediblər.

Məntəqənin sədri Münəvvər Yusufovanın sözlərinə görə, seçicilərin çoxu namizədləri tanımırlar. Bu səbəbdən də seçkilərdən iştirak etməkdən imtina edirlər.

Eyni dairənin 24 saylı məntəqəsində də vəziyyət eyni idi. Məntəqənin sədri Murad İslamovun ANS PRESS-ə verdiyi məlumata görə, ümumilikdə 1396 seçici var. 14 yer uğrunda 50 nəfər namizəliyini irəli sürüb. Bu saata qədər seçicilərdən ümumi 237 nəfər iştirak edib.

Nəsimi rayon 22 saylı seçki dairəsi 15 saylı seçki məntəqəsində də seçkilərin passivliyi vardı. Burada 1430 seçicidən 150 nəfər iştirak etmişdi. 19 yerdən 66 namizəd iştirak edir.

Səbail rayonu ərazisində 25 saylı seçki dairəsinin 22 saylı seçki məntəqəsində seçicilərin aktivliyi zəifdir. Həmin məntəqədə 1477 seçici qeydə alınıb. Lakin 1336 seçiciyə bülleten verilib.

Məntəqədə 15 bələdiyyə yeri uğrunda 34 namizəd mübarizə aparır. Məntəqədə 14 yerli müşahidəçi var. Bu saatlara görə məntəqədə seçicilərin aktivliyi zəifdir. Bu da bələdiyyə seçkilərinin təşviqatının aparılmaması ilə əlaqədardır.

Seçkilərdə iştirak edən seçicilərlə də danışıqlar zamanı məlum oldu ki, vətəndaşalrı çoxu bələdiyyələrə inanmırlar. Onlar sosal problemlərlə maraqlanmayan bələdiyyə sədrlərinə səs vermək istəmirlər.

Seçicilərin seçkilərə aktiv gəlməməsinin səbəbi bu il Azərbaycand bələdiyyə seçkiləri çox sönük keçirilməsidir. Başqa seçkilərə nisbətən bu ilki seçkilərdə təbliğat və təşviqat məsələləri çox pis təşkil olunub. İlk baxışdan bələdiyyə seçkilərinin sanki görüntü xatirinə keçirildiyi görünür. Hətta seçicilərin çoxu prosesdə iştirak etməyəcəyini deyir. İştirak etmək istəyənlər də kimə səs verəcəyini belə bilmir.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="6" ids="80425,80426,80427,80429,80430,80431"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol