Menu

8 ayda 167 milyon manat artıq və əsassız ödəniş aşkar edilib

19.09.2025, 17:27
8 ayda 167 milyon manat artıq və əsassız ödəniş aşkar edilib

Bu ilin yanvar-avqust aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 obyektdə nəzarət tədbirləri aparıb.

Bu barədə qurumda keçirilmiş kollegiya iclasında nazir Sahil Babayev məlumat verib.

Onun sözlərinə görə, nəzarət tədbirləri nəticəsində 166,9 milyon manat məbləğində artıq və əsassız ödəniş aşkar edilib.

Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.

Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol