BMT Baş Assambleyası Fələstin Prezidenti Mahmud Abbasın gələn həftə dünya liderlərinin videokonfrans vasitəsilə illik toplantısında çıxış etməsinə razılıq verib.
Bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qətnamənin lehinə 145, əleyhinə 5 səs verilib, 6 ölkə bitərəf qalıb.
Daha əvvəl İsrailin Qəzzadakı qətliamını dəstəkləyən ABŞ hökuməti Mahmud Abbasa Nyu Yorka gəlmək üçün viza verməyəcəyini açıqlamışdı. ABŞ Dövlət Departamenti Nyu Yorkda BMT Baş Assambleyasında iştirak edən Fələstin nümayəndələrinə də viza verməkdən imtina edib.


Şərhlər