Menu

ABŞ-də təlim zamanı Polşanın iki hərbçisi həlak olub

20.09.2025, 09:45
ABŞ-də təlim zamanı Polşanın iki hərbçisi həlak olub

ABŞ-də paraşüt təlimi zamanı Polşanın iki hərbçisi həlak olub.

"Report"un xəbərinə görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.

"2025-ci il sentyabrın 19-da ABŞ-də gecə paraşüt təlimi zamanı xüsusi təyinatlıların iki döyüşçüsünün ölümü ilə nəticələnən faciəvi qəza baş verib", - məlumatda bildirilir.

Həlak olanların ailələrinə yardımların göstəriləcəyi qeyd edilir.

Xüsusi komissiya insidentin səbəblərini araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol